Parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərləri dəyişdirilir

22 Aprel 2020 17:53 (UTC+04:00)

Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Mövqe.az-ın xəbərinə görə, iclasın gündəliyindəki məsələlərin sayı 27-dən 28-ə qaldırılıb.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" məsələ əlavə edilib.