E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk beşliyindədir

22 Aprel 2020 21:51 (UTC+04:00)

Alexa.com saytının (ABŞ, San-Fransisko) yeni məlumatına görə, “Azərbaycanın top saytları” siyahısında (https://www.alexa.com/topsites/countries;1/AZ) e-sosial.az portalı artıq 5-ci yerdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, portal ölkəmizdə ən çox müraciət olunan google.com, youtube.com, google.az və wikipedia.org saytlarından sonra ziyarətçi və baxış sayına görə 5-ci yeri tutur.

E-sosial.az portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə əmək, məşğulluq, sosial müdafiə, pensiya, müavinət, əlillik, reabilitasiya və s. üzrə məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində çevik rejimdə faydalanmaq imkanı verir.