Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

23 Aprel 2020 11:07 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi könüllü tibbi sığorta xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Mövqe.az xəbər verir ki, tenderin qalibi "Standard Insurance" Sığorta Şirkəti ASC-dir.

Qalib sığortaçıya 173 436 manat ödəniləcək.