Qubada ekskovator fəhləni vurub öldürdü

23 Aprel 2020 21:38 (UTC+04:00)

Quba rayonunda tikintidə ölüm hadisəsi olub.

Mövqe.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib. Belə ki, Quba rayon sakini Rəsulov Tələt Mərifət oğlu idarə etdiyi ekskovatorla xəndək qazarkən orada fəhlə işləyən 1988-ci il təvəllüdlü Eldar Hüseynovu vurub. Hadissə nəticəsində E.Hüseynov ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başlanıb.