Azərbaycana koronavirusu 45 dəqiqəyə təyin edən testlər gətiriləcək

24 Aprel 2020 15:03 (UTC+04:00)

“Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək”.

Mövqe.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq: “Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb, insanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə labortiyalara çatdırılır. Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, birbaşa özünün xəstəxanaya getməməsi onu qoruyur. Hazırda isə labortoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı verilməlidir”.