Azərbaycanda koronavirusdan ölənlərin yaş göstəriciləri açıqlanıb

24 Aprel 2020 19:42 (UTC+04:00)

Azərbaycanda koronavirusdan vəfat edənlərin yaş göstəriciləri açıqlanıb.

Mövqe.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirdikləri brifinqdə açıqlayıb.

Sədr bildirib ki, 40-49 yaş arasında 1 nəfər, 50-59 yaş arası 8 nəfər, 70-79 yaş arası 3 nəfər, 80 yaşdan yuxarı isə 4 nəfər vəfat edib.

Onun sözlərinə görə, Azərbaycanda xarici vətəndaşlar arasında yoluxma 13.16% təşkil edir. Bakıda isə koronavirusa yoluxan şəxslərin sayı 50 faizdən çoxdur.