Dənizin ortasındakı bu sirli körpü hər kəsi heyran edir

26 Aprel 2020 19:00 (UTC+04:00)

İlk baxışda bir illyuziya olduğu düşünülən bu mənzərənin əslində, çox maraqlı bir sirri var.

Avropa xüsusilə də abidələr baxımından, kəşf ediləcək ən maraqlı qitələrdən biri olması üçün yaxşı imkanlara sahibdir. Ənənələr və ya tarix haqqında danışarkən Şotlandiyanın gözəlliyindən zövq almaq bir ömür sürər. Təəccüblüdür ki, onun ən füsunkar yerlərindən biri quruda yox, dənizdədir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, son günlər Şotlandiyada dənizin ortasında inşa edilən körpü insanların heyrətinə səbəb olub. Sosial şəbəkələrdə fotosu geniş şəkildə yayılan və müzakirələrə səbəb olan sirli körpü haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

Belə bir kimsəsiz, əsrarəngiz bir görünüş yaradan körpünün hekayəsi nədir?

Bu körpü Şotlandiyanın cənub-qərbində yer alan Dunbar qəsəbəsinin sərhədlərində qalan Belhaven körfəzində körpü yolu ilə sahili bir-birinə bağlayır.

Bu körpünü Belhaven körfəzinə ən yaxın olan Biel kəndindən də görmək mümkündür. Kəndin içindən təxminən 4,5 kilometr uzunluğunda keçən çay Cənubi Şotlandiyada Belhaven körfəzi ilə qovuşur.

Yerli sakinlər və turistlər Biel çayı üzərində gəzərək və körpüdən istifadə edərək, Belhaven körfəzinin çimərliyinə gedə bilirlər. Bu çimərlik qum təpələrini duz bataqlığı və rəng sıçramalarını təmin edən otlaqları birləşdirən bir mənzərə yaradır.

 

Dekorasiya xüsusən də Günəş batımı günlərində möhtəşəm bir vizual mənzərə yaradır və bu, fotoqraflar üçün ideal görüntü halına gəlir.

Suyun səviyyəsi qalxdığı zaman körpü hər iki tərəfdən bağlanır. Nəticədə möhtəşəm mənzərə ortaya çıxır.

Bu körpü 1976-cı ildə yerli əhali tərəfindən inşa edilib.