4 banka müvəqqəti inzibatçı təyin edildi

27 Aprel 2020 13:05 (UTC+04:00)

Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunmuşlar.

Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.

Bu məsələ ilə bağlı əlavə məlumat təqdim olunacaq.