Ali məktəblərə qəbul imtahanlarında fərqli standartlar tətbiq ediləcək

27 Aprel 2020 18:03 (UTC+04:00)

Ali məktəblərə qəbul imtahanları keçirilərkən ötən ildəkilərdən fərqli standartlar tətbiq ediləcək.

Mövqe.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, yumşaldıcı tədbirlər həyata keçirilərkən çox ciddi monitorinqlər aparılacaq:

“Vəziyyətin necə dəyişməsi nəzarətdə saxlanılacaq. Təhsil sektoru ilə bağlı qərarlar da bu məsələlər nəzərə alınmaqla qəbul ediləcək. Təhsil Nazirliyi hazırlıq aparır ki, istənilən yeni qərarlar qəbul edilən zaman onun icrasına başlaya bilək”.