İspaniya polisi Qalisiya sahillərində üzən gəmidə 4 ton kokain ələ keçirib

28 Aprel 2020 10:18 (UTC+04:00)
İspaniyanın hüquq-mühafizə orqanları narkotik ticarəti ilə mübarizə çərçivəsində keçirilən əməliyyat zamanı 4 ton kokain ələ keçirib. Bu barədə Krallığın milli polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, narkotik maddələr İspaniyanın Qalisiya Muxtar Birliyi sahillərində Toqo bayrağı altında üzən gəmidə aşkar edilib. Əməliyyat nəticəsində 15 ekipaj üzvü də daxil olmaqla 28 nəfər saxlanılıb.