Küçədən iki günlük körpə tapıldı — Bakıda dəhşət

28 Aprel 2020 11:23 (UTC+04:00)
Bakıda küçədən iki günlük qız uşağı tapılıb. Mövqe.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun İkinci Alatava küçəsində yerləşən evlərdən birinin qarşısında iki günlük qız uşağı tapılıb. Körpə hüquq-mühafizə orqanları tərəfindən uşaq evinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.