BP xərclərini azaldır

28 Aprel 2020 12:21 (UTC+04:00)
BP şirkəti xərclərini azaldaraq növbəti ildə neftin bir barelinin qiymətinin 35 ABŞ dollarından aşağı olması halında da mənfəət əldə etmək niyyətindədir. Mövqe.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BP-nin Baş icraçı direktoru Bernard Luni bildirib. O qeyd edib ki, şirkət neftin qiymətindəki azalma səbəbindən 2020-ci il üzrə xərclərini 25% azaldaraq 12 mlrd. ABŞ dolları olacağını, hətta əlavə olaraq 1-2 mlrd. dollar məbləğində də azalma ola biləcəyini elan edib. BP-nin rəhbəri qeyd edib ki, koronavirus səbəbindən II rübdə gündəlik qlobal neft tələbatının 15 mln. barel azalacağı gözlənilir.