Ən çox nifrət edilən futbol adamlarının siyahısı açıqlandı

28 Aprel 2020 14:35 (UTC+04:00)
"FourFourTwo" nəşri dünya futbolunda ən çox nifrət edilən şəxslərin siyahısını dərc edib. Goal.az xəbər verir ki, ilk sırada FIFA-nın sabiq prezidenti Yozef Blatter qərarlaşıb. Tottenham-in baş məşqçisi Joze Mourinyu ikinci, Almaniya yığmasının sabiq qolkiperi Harald Şumaher isə üçüncü olub. Ən çox nifrət edilən futbol adamları, "ilk onluq": 1. Yozef Blatter (FIFA-nın sabiq prezidenti) 2. Joze Mourinyo (Tottenham-in baş məşqçisi 3. Harald Şumaher (Almaniya millisinin sabiq qolkiperi) 4. Mişel Platini (UEFA-nın sabiq prezidenti) 5. Riçard Kiz (jurnalist) 6. Kriştiano Ronaldo (Juventus-un futbolçusu) 7. Luçano Mocci (Juventus-un sabiq icraçı direktoru) 8. El-Haci Diuf (Liverpool-un sabiq futbolçusu) 9. Pit Uinkelmen (MK Dons-un sahibi) 10. Con Terri (Chelsea-nin sabiq futbolçusu)