“Twitter” xidmətlərindən birinin fəaliyyətini müvəqqəti dayandırır

28 Aprel 2020 16:43 (UTC+04:00)
"Twitter" xidmətlərindən birinin fəaliyyətini müvəqqəti dayandırır Bakı. Sədrəddin Ağcayev - Trend: "Twitter" sosial şəbəkəsi təhlükəsizlik məqsədi ilə xidmətlərindən birinin fəaliyyətini dayandırır. Trend-in məlumatına görə, "Twitter via SMS" xidməti müvəqqəti dayandırılıb. "Twitter via SMS" sosial şəbəkə yaranandan işləyib. Bu xidmət SMS vasitəsilə sosial şəbəkədə "tvit" yazmağa imkan verirdi. Qeyd olunur ki, SMS vasitəsilə tvit atılan zaman bəzi ölkələrdə təhlükəsizliklə bağlı çatışmazlıqlar qeydə alınıb. Sosial şəbəkənin rəhbərliyi "Twitter via SMS" xidmətindən istifadə edənlərə "Twitter"in veb-versiyasından və ya mobil tətbiqindən istifadə etməyi tövsiyə edib.