ATƏT PA-nın yay və payız sessiyaları təxirə salınıb

28 Aprel 2020 18:10 (UTC+04:00)
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilən onlayn Büro iclasında iştirak edib. "Report"un xəbərinə görə, iclasda bir sıra təşkilatı məsələlər müzakirə olunub. Onlayn toplantıda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.