Payızda vəziyyət gərgin ola bilər - Şok açıqlama

29 Aprel 2020 12:14 (UTC+04:00)

Əgər ABŞ-da yeni tip koronavirusa qarşı müalicələr nəticə verməsə, payızda vəziyyət gərgin olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauçi deyib.

O bildirib ki, müəssisələrin tez zamanda açılması ABŞ-ın son həftələrdə pandemiya ilə mübarizədə qazandığı uğurlara kölgə salacaq:

“Komendant saatının ləğvi virusun yox olması anlamına gəlmir. Unutmamalıyıq ki, virus hər an geri qayıda bilər”.

A. Fauçi qeyd edib ki, alimlərin pandemiyaya qarşı vaksin tapacaqlarına inanıram:

“Ancaq vaksinin nə zamana hazırlanacağı barədə dəqiq bir söz deyə bilmərəm”.