Lənkəranda karantini pozan şəxslər cərimələndi

29 Aprel 2020 13:15 (UTC+04:00)

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Mövqe.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oyunu təşkil edən 5 nəfər kənd sakini aşkar olunub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.