Chelsea-dən Arsenal-a

29 Aprel 2020 15:25 (UTC+04:00)

Chelsea-nin futbolçusu Villian karyerasını Londonun başqa klubunda davam etdirə bilər.

Goal.az xəbər verir ki, braziliyalı cinah hücumçusuyla Arsenal yaxından maraqlanır. “Topçular” Villianla müqavilə və maaş barəsində müzakirələr aparmağa hazırdır.

2013-cü ildən Chelsea-də çıxış edən və sözləşməsi mövsümün sonunda bitəcək Villian “zadəganlar”dan ayrılmaq niyyətindədir.