Sumqayıtda yeniyetmə mağazadan 2620 manat oğurlayıb

29 Aprel 2020 21:30 (UTC+04:00)

Mağazaların birindən 2620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da şəhər ərazisindəki mağazaların birindən 2620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.