Milli Məclisin iclasının gündəliyinə dəyişiklik edildi

30 Aprel 2020 10:17 (UTC+04:00)
Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib. "Report"un xəbərinə görə, iclasın gündəliyindəki məsələlərin sayı 26-dan 27-yə qaldırılıb. Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ əlavə olunub.