İtaliya klubları ciddi itki ilə üzləşəcək

30 Aprel 2020 10:53 (UTC+04:00)
"Mən bu vəzifədə olduğum müddətdə heç vaxt mövsümün erkən başa çatmasına razı olmayacağam". "Report"un məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Football Italia" nəşrinə açıqlamasında deyib. Federasiya rəhbəri bildirib ki, mövsüm vaxtından əvvəl başa çatsa, 700-800 milyon avro itirəcəklər: "Mövsümün erkən başa çatması İtaliya futbolunun ölümü deməkdir. Oyunlar azarkeşsiz keçirilsə, itkimiz 300 milyon avro olacaq. Fanatlarla keçiriləcəyi təqdirdə isə 100-150 milyon avro itirəcəyik". Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirus pandemiyasına görə dayandırılıb.