Prezident Biləsuvarın icra başçısını vəzifədən azad etdi

30 Aprel 2020 11:31 (UTC+04:00)

Prezident İlham Əliyev Mahir Quliyevin Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az-ın xəbərinə görə, sərəncamda deyilir: 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mahir Hacı oğlu Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.