Bakıda "OBA market"ə basqın edildi

30 Aprel 2020 16:06 (UTC+04:00)

Bakıda marketdə quldurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə bu gün paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketə hücum edib. O, marketin inzibatçısı Cavad Nurullayevi bıçaqla hədələyərək kassada olan 900 manat pulu aparıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.