“COVİD-19” pandemiyasının tüğyan etdiyi dövr ictimaiyyət və hakimiyyət tərəfindən “çətin sınaq” dövrü kimi xarakterizə olunur. Həqiqətən, insan həyatına son qoymaq qabiliyyətinə malik virusun daşıdığı missiya hamını imtahana çəkir. Çətinliklər, yanlışlıqlar bu dövrdə bütün təbəqələri əhatə edir. İstər hakim qüvvələr, istərsə də müxalif qüvvələr, hamı bu virus qarşısında eyni dərəcədə məsuliyyət daşıyır. Amma fərq də var: bir tərəf işləyir, çalışır ki, əıhali az əziyyət çəksin, virusa yoluxma halları az olsun, insan itkisi baş verməsin, digər tərəf isə arzulayır ki, koronavirus daha çox can alsın. Bu tərəfi cəmiyyətimizdə adı pis mənada məşhur olan radikallar təmsil edir.
Əli Kərimli dəstəsinin öndə getdiyi təbəqənin məramı, məqsədi açıq-aşkar cəmiyyətdə ikrah doğurur. Sosial şəbəkələrə nəzər salanda bu tendensiya daha aydın görünür. AXCP sədrinin facebook səhifəsində onun dəstəsinin üzvü olan və “Alikram Aqaali” imzası ilə çıxış edən istifadəçi dua edərək koronavirusun ölkədə daha çox insanın həyatını alması arzulanır. Əvvələn, siyasi baxışlarından asılı olmayaraq istəer rəqiblərdən, istərsə yaxınlardan olsun, fərq etmir, insana ölüm arzulamaq heç bir mənəvi çərçivəyə sığmır. Yalnız əlikərimlilər belə arzuda buluna bilərlər. Hətta normal müxalif qüvvələr sırasında da bu qeyri-insani mənəviyyat müşahidə olunmur. Bu da radikalların pandemiyaya qarşı mübarizəsi! Acınacaqlıdır, deyilmi?! Əli Kərimli, yaxud Cəmil Həsənli və qeyriləri mübarizə deyəndə bunumu nəzərdə tuturlar? Məlumdur ki, insanlara baş verən bədbəxt hadislər bu cür “mübarizlər üçün mübarizə” vasitəsidir. Çünki hakimiyyəti günahlandırmaq üçün əllərində fakt yoxdur.
Götürək, pandemiya ilə əlaqədar Prezidentin əfv sərəncamını. “COVID-19” mövzusu gündəmə gələndən sonra ötən bir neçə ayda “radikal düşərgə”nin hakimiyyətə qarşı əsas iradlarından biri, risk kateqoriyasına daxil olan məhkumların azadlığa buraxılması məsələsi idi. Əslində ilk gündən hökumət tərəfindən bu istiqamətdə araşdırmalar aparılırdı. Amma müxalifətin qaydasıdır, hər şey barədə danışır və hökumətin gördüyü tədbirlərdən sonra görülən işləri öz adlarına çıxaraq “biz dedik, bizdən qorxub yerinə yetirdilər” fikrini cəmiyyətə sırımaq istəyirlər. Amma buna da bir “əmma” qoymağa çalışırlar. Məsələn, sonuncu əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılıb. Burada ilk növbədə yaş məsələsinə istinad olunub. Yaşı 65-dən yuxarı olan, “COVID-19”-a yoluxma riski yüksək insanlar azadlığa buraxılıblar. Dərhal müxalifət əsas məqsədi kənara ataraq başlayıblar azadlığa buraxılanların siyahısını təftiş etməyə. Filankəsi niyə buraxıblar və s. Bəs, nə oldu sizin tələblər. Axı, özünüz deyirdiniz ki, məhkumları azadlığa buraxmaq lazımdır. Demək, onların məqsədi məhkumlar yox, məhz özləri ilə bir dəstədə olan cinayətkar məhbusları azadlığa buraxdırmaq idi.
R.Həsənova adlı sosial şəbəkə istifadəçisi Əli Kərimlinin səhifəsində belə bir qeyd yazıb:
“Müxalifət özünü nə qədər mələk donunda göstərsə də, onların iç üzü “şeytan cildində” kimə xidmət etmələrini göstərir”. Razılaşmamaq olmur. Radikallar cəmiyyətdə “şeytan” rolunun ifaçılarıdır.
Onları yalnız bədbəxtlik və insanların əziyyət çəkməsi rahatlandırır. Buna görə də pandemiyaya görə hökumətin xalqa göstərdiyi qayğı bu adamları hiddətləndirir və onlar susurlar. Xalq görülən tədbirlərə, işləmədikləri üçün dövlətdən aldıqları müavinətə görə özünü inamlı hiss edir və razılıq edir. Radikallar isə narazılıqda bulunurlar. Halbuki həmin müavinətlərdən özləri də alırlar. Görünür, onların sıralarına batilinə görə naşükür insanlar qoşulur.
N.NOVRUZ