Prezident Böyük Vətən müharibəsinin yubiley medalını təsdiqlədi

1 May 2020 13:06 (UTC+04:00)

Prezident İlham Əliyev “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Mövqe.az xəbər verir ki, qanuna əsasən “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalı təsis edilib.

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilib.

“Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.