"Narıncı zona hesab edilən ərazilərdə yenidən neqativ istiqamətdə dəyişiklik görsək yenidən Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ediləcək".
Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Qərargahın brifinqində çıxışı zamanı deyib.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə qeyd edib ki, dalğalanma bütün ölkələrdə var:
"Əsas odur ki, vəziyyət nəzarət altında saxlansın".