Hadisə 1 milyon itirib

1 May 2020 23:50 (UTC+04:00)

Müğənni Hadisə koronavirus infeksiyasına görə 20-yə yaxın konsertini ləğv edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 1,5 aydır evdə oturan sənətçi bu günə qədər 1 milyon lirə (təxminən 243 min manat) itirib.

34 yaşındakı pop ulduz karantin günlərində evdə bekar dayanmır. O, gündə 3 dəfə onlayn dərs keçir. Səhərləri pilates və yoqaya başlayan Hadisə, günorta rəqs dərsi, axşam isə musiqi ilə məşğul olur.

İfaçı aktyor sevgilisi Kaan Yıldırımla evdə əyləncəli vaxt keçirdiyini dostlarına deyib.