Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayanlar saxlanılıb

2 May 2020 22:22 (UTC+04:00)

Bakıda avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyevə məxsus “VAZ-2101” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Yusifov və R.Məmmədov saxlanılıblar.