Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

3 May 2020 09:30 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1984-cü il təvəllüdlü Kazımov Vasif Mehralı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona dös qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.