BNA TƏBİB-lə birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparır

4 May 2020 17:30 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyi TƏBİB-lə birgə sürücülər arasında koronavirusa qarşı yoxlama aparıb, 800-dən artıq sürücü yoxlanılıb.

Mövqe.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, daşıyıcılarda virusa yoluxma faktı aşkarlanmayıb: "Hələlik, sürücülərdə virusa yoluxma halı aşkarlanmayıb. Bu da bizim qabaqlayıcı tədbirlər görməyimizlə əlaqədardır. Qarajlarımız hər gün dezinfeksiya edilir".

 

BNA sədri qeyd edib ki, xüsusi karantin rejimi zamanı 48 295 nəqliyyat vasitəsi cərmələnib, amma qərarları verilməyib.

V.Kərimlinin sözlərinə görə, "1 may tarixindən isə cərimə proseduruna başlanılacaq. Buna səbəb nəqliyyat vasitələrinin xaotik dayanması ilə onların sıxlığa səbəb olmasıdır: “Nəticədə məcburi halda cərimələri bərpa etməliyik. Bunun konkret zonalar üzrə tətbiqinə başlanılacaq. Nəqliyyat sıxlığı olmayan yerlərdə cərimələrin tətbiqi yersizdir”.