Bakıda sərnişin avtobuslarında istifadə edilən "BakıKart"ın onlayn ödənilməsi ilə bağlı işlər aparılır.
Mövqe.az-ın məlumatına görə, bunu Nazirlər Kabinrti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı işlər görülür:
"Biz planlaşdırmışıq ki, Bakıda bütün sərnişin avtobusları kart sisteminə keçəndən sonra bu məsələ reallaşacaq. Hazırla avtobusların kartla ödənişə keçməsi ilə bağlı iş gedir".