Zaqatalada ev yanıb

5 May 2020 10:21 (UTC+04:00)
Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 80 m² birmərtəbəli 4otaqlı evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.