Bu il Kliniki Tibbi Mərkəzə dəm qazından zəhərlənmə ilə 116 nəfər qəbul olunub

5 May 2020 14:06 (UTC+04:00)
"Bu ilin 4 ayında dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə 116 nəfər qəbul olunub". Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlərin 70 faizi kişi, 30 faizi qadın olub: "Dəm qazından zəhərlənənlər arasında 4 uşaq olub. 4 ayda qazdan zəhərlənmə ilə bağlı ölüm halı qeydə alınmayıb", - deyə o əlavə edib.