Bölgələrdə leysan yağacaq, dolu düşəcək

5 May 2020 14:20 (UTC+04:00)
Mayın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 16-19° isti, gündüz 21-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq. Tibbi-meteoroloji proqnoz: Mayın 6-da Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən, əlverişlidir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətətyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.