Bərdədə körpə su quyusuna düşərək öldü

5 May 2020 19:39 (UTC+04:00)
Bərdə rayonunda bədbəxt hadisə baş verib. "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə Çələbilər kəndində qeydə alınıb. Belə ki, Bərdə rayon sakini, 2017-ci il təvəllüdlü Səlimzadə Xaliq Şəmistan oğlu su quyusuna düşərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.