Bakıda avtobus yük maşınına çırpıldı

6 May 2020 16:30 (UTC+04:00)

Bakıda sərnişin avtobusu qəza törədib.

“Report” xəbər verir ki, hadisə “Xətai” metrostansiyasının qarşısında baş verib

Belə ki, 4 saylı xəttlə hərəkət edən 99-JK-356 dövlət nömrə nişanlı avtobus dayanacaqdan çıxarkən “Ford Tranzit” markalı 90-MT-179 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb.

Qəza nəticəsində xəsart alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.