Mədəniyyət xadimlərinə Prezident təqaüdü verildi - SƏRƏNCAM

7 May 2020 16:02 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əmirov Cəmil Fikrət oğlu

Göyçayev Teymur Ənvər oğlu

Xanı-zadə Bəxtiyar Oqtay oğlu

Kərimov Fəxrəddin Nuri oğlu

Quliyev Qabil Əzizulla oğlu

Şərifov Vaqif Abdulla oğlu

Tağızadə İranə Tofiq qızı.