Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyib.
Mövqe.az-ın məlumatına görə, bu barədə təşkilatın katibliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində müstəqilliyi və suverenliyini dəstəklədiyimizi bir daha bildiririk”.
Xatırladaq ki, bu gün Şuşa rayonunun Ermənistan tərəfindən işğalının 28-ci ildönümüdür.