İyulun 20-də Bakıda Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçiliği ilə Beynəlxalq tort günü qeyd ediləcək.
Mövqe.az-ın xəbərinə görə, AMKA-nın mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, tanınmış kulinarların və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirə Bakıdakı uşaq evlərinin, internatların balaca sakinləri də dəvət olunacaq.