Azərbaycanda koronavirusdan ölənlərin yaşı...

9 May 2020 17:32 (UTC+04:00)

Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69, 14 faizi 70-79 yaş arasındadır.

Mövqe.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 40-49 yaş arasında bir vətəndaşımız vəfat edib:

“Bildiyimiz kimi, həmin vətəndaşımız uzun sürən xəstəlikdən əziyyət çəkirdi”.

R.Bayramlı vətəndaşları məsuliyyətli olmağa dəvət edib:

“Bizim “Evdə qal!” şüarımız qüvvədədir. Hər kəs qapalı məkanlarda maskalardan istifadə etməlidir. Faktlar göstərir ki, vəfat edənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Mən gənclərə səslənirəm ki, gəlin, böyüklərimizi qoruyaq”.