Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Azərbaycana səfərə gəlir. APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, Əhməd Davudoğlunun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. XİN başçısı Bakıda digər rəsmi şəxslərlə də görüşlər keçirəcək. Səfər sabah başa çatacaq.