Prezidentin “bir neçə dəqiqəlik” səfəri

13 May 2012 11:05 (UTC+04:00)

Mövqe.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Gürcüstanın seperatçı bölgəsi lideri olan Abxaziya Prezidenti Aleksandr Ankvab ilə görüşüb. Putin və Ankvab görüşündə ikitərəfli əlaqələr müzakirə edilib. Müzakirələrdən sonra Psou çayı üzərində yerləşən rus-abxaz sərhədini müşahidə etmək üçün əraziyə baş çəkən prezidentlər sərhəd qapısındakı inşaat işlərinə də baxıblar. Putin və Ankvab yaşıl gömrük dəhlizini keçərək abxaz sərhəd bölgəsinə də keçiblər. Movqe.az "Ria Novosti"yə istinadən bildirir ki, Putin andiçmə mərasimindən sonra ilk dəfə idi ki, Rusiya sərhədlərindən kənara çıxıb, lakin bir neçə dəqiqəlik.

Kremlin Mətbuat Bürosundan əldə edilən şərhə görəPutin  şənbə günü Gürcüstanıın digər seperatçı bölgəsi lideri olan Leonid Tibilovla da görüşəcək.

Əfqanə Məzahirqızı

Mövqe.az