Çin millisi məşqlərə başladı
12 May 2020 16:16 (UTC+04:00)
Futbol üzrə Çin milli komandası məşqlərə başlayıb.
Goal.az xəbər verir ki, yığma üzvləri Şanxayda toplanışa qatılıblar. Millinin məşqində "Espanyol"un futbolçusu Lu Vey yer almayacaq.
Çin millisinin təlim-məşq toplanışı 17 gün davam edəcək.
FİFA və Asiya Futbol Konfederasiyası (AFC) DÇ-2022-nin AFC zonası üzrə seçmə mərhələ oyunlarının koronavirusa görə təxirə salınmasına qərar verib.