Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

13 May 2020 22:55 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 264 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 208 546 test aparılıb.