Edvard Snovden hələ sığınacaq istəməyib

16 İyul 2013 19:32 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Rusiya, keçmiş CIA agenti Edvard Snovdenin hələ sığınacaq müraciəti etmədiyini bildirib. Rus orqanları, ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) telefon və internet qeydlərini izləmə proqramını mətbuata sızdıran Edvard Snovdenin Rusiyaya müvəqqəti sığınma üçün hələ müraciət etmediyini bildirib.  Rusiya Federal Bürosu nümayəndəsi Zalina kornilova, Snovdenin onlara hələ bir müraciət etmədiyini, şikayət edilməsi təqdirdə mövzunun qanunun nəzərdə tutduğu qaydalar çərçivəsində qiymətləndiriləcəyini bildirib. Rusiya Federal Bürosu rəsmi saytında yer alan məlumatlara görə, sığınma haqqıyla əlaqədar müraciət edilsə, 3 ay ərzində cavab verilməsi lazımdır. ABŞ-ın casusluqda təqsirləndirdiyi Snov ilə əlaqədar qeyri-müəyyən hal davam edir. Moskva Şeremetyevo hava limanı tranzit sərnişin hissəsində olan Snov, keçən cümə Rusiya insan hüquqları müdafiəçilərindən ibarət olan bir qrupla görüşərək Rusiyaya sığınma tələbi mövzusunda ona dəstək vermələrini istəmişdi.