Deputat seçicilərinə Ramazan sovqatı payladı

15 May 2020 14:51 (UTC+04:00)

Hazırda bütün müsəlman ölkələrində olduğu kimi, ölkəmizdə də müqəddəs aylardan hesab olunan Ramazan ayıdır. Pandemiya dövrünün çətinlikləri insanlarımızın inancına mənfi təsir etməyib, əksinə, əksər iş yerlərinin bağlanması səbəbindən bu il daha çox vətəndaşın oruc tutmasının şahidi oluruq. Ramazan həm də mərhəmət ayıdır, insanların nemətləri bir-biri ilə paylaşmaq ayıdır. Tarixən şahidi olmuşuq ki, Müqəddəs Ramazan ayında imkanlı insanlar imkansızlar üçün iftar süfrələri açır, onların maddi imkanlarına dəstək olmağa çalışırlar. Bu gün də insanların ta qədimdən sınaqdan keçmiş bu xeyirxah əməlləri davam etdirilir. Bu, sevindirici haldır. 
 Bu gün mən də xeyirxah əməlin şahidi oldum. Qapı döyüldü, açan zaman məlum oldu ki, Binəqədi İkinci Dairəsindən deputat seçilən Kəmaləddin Qafarov seçicilərinə köməkşisi və Rəsulzadə qəsəbə bələdiyyəsinin üzvlərinin vasitəsiylə qarşıdan gələn Ramazan bayramı münasibətiylə açıqca ilə bayram sovqatı paylayır.
Onun bu diqqətcil addımı sakinlər tərəfindən razılıqla qarşılandı, sovqat paylayanlara təşəkkür olunaraq, arzu edildi ki, deputatın qayğısı bütün əlamətdar günlərdə hiss olunsun. 
Elnurə