Bərdədə keçmiş ər arvadını güllələdi

17 İyul 2013 11:10 (UTC+04:00)

Bərdə rayon Prokurorluğundan Mövqe.az-a verilən məlumata görə, iyulun 16-da saat 22:00 radələrində 1970-ci il təvəllüdlü Alişan Ahmədov Bərdə şəhərində yaşayan keçmiş həyat yoldaşı 1977-ci il təvəllüdlü Yasəmən Dadadşovanın yaşadığı evinə gələrək ona qoşalülə ov tüfəngi ilə atəş açıb.


Yasəmən Dadaşova aldığı güllə yarasından hadisə yerində ölüb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb.