Əvvəlki yaşayış tərzinizə qayıtmağı düşünməyin - Sədr

15 May 2020 17:52 (UTC+04:00)

Əvvəlki yaşayış tərzimizə qayıtmaq barədə qətiyyən düşünməməliyik.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Sərt karantin rejimində həyatı davam etdirmək mümkün deyil. Lakin qaydalara əməl etmək lazımdır. Bu xəstəliyin daşıyıcıları aramızda olduğu üçün diqqətli olmalıyıq. Sosial qaydalara əməl etmək vacibdir. Sosial məsafənin gözlənilməsi və tibbi maskadan istifadə qorunma üçün kifayət etmir".

O əlavə edib ki, son dövrlərdə çarter reysləri ilə ölkəmizə gələnlərdə xaricdən gələnlər arasında yoluxma 20 faiz təşkil edir: "Ölkəyə vətəndaşlarımızın gətirilməsi davam edəcək. Onlar karantin müəssisələrinə yerləşdiriləcək və müalicələri davam etdiriləcək.

Eyni zamanda bir sıra qadağalar qüvvədədir. Vətəndaşlardan bu qaydalara riayət etmələri tələb olunur. Əks halda yenidən məhdudiyyətlər tətbiq olunacaq"