Bu virusla yaşamağı öyrənməliyik - Qarayeva

18 May 2020 17:32 (UTC+04:00)

Bu virusla yaşamağı öyrənməliyik.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"Bu virusa qarşı vaksin yoxdur. Uzun müddət sərt karantin rejimində yaşaya bilmərik. Çox asan şəkildə bəzi qaydalara riayət etsək, bu virusdan qoruna bilərik. Maskadan xüsusilə qapalı şəraitdə istifadə mütləqdir. Peyvənd tapılanadək bütün ölkəni qapalı şəraitdə saxlamaq mümkün deyil".