Bu gün bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problem yaranıb.
Mövqe.az xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.
Sosial şəbəkədəki problemlərdən daha çox ABŞ, Böyük Britaniya, Türkiyə, Suriya, Hindistan, Rusiya və Malayziyada rast gəlinib.
Sözügedən regionlardakı istifadəçilərin əksəriyyəti (təqribən 50%) xəbər lentini yeniləyə bilmir, 14% öz hesabına daxil ola bilmir, daha 13% isə “Stories”ə baxmaqda çətinlik çəkir.